Səs vermək azdir...                                                                                                           Fəal vətəndaş ol!                                                                                                            Seçdiklərindən hər an soruş!                                                                                                                                                                                                                                                                                             
 
Ön Səhifə
Seçki 2008
Xəbərlər
Bizim haqqımızda
Bizimlə əlaqə
Bizə qoşulun
Milli seçki sistemi
Monitorinq
Seçici maarifçiliyi
Seçici fəallığı
Vətəndaş iştirakı
Hüquqi təşəbbüslər
Vətəndaş-Parlament əlaqələri
Hüquqi yardım
İctimai müzakirələr
Layihələr
Əlaqələr
Bizim nəşrlər
Arxiv
 
Ədliyyə Nazirliyinin SMM-ə qarşı iddiası icraata götürüldü

05 May 2008 08:21
Mayın 5-də Xətai rayon məhkəməsində hakim Tofiq Paşayevin sədrliyi ilə Ədliyyə Nazirliyinin Seçki Monitorinq Mərkəzinin (SMM) qeydiyyatının etibarsız sayılması və ləğv edilməsi iddiası üzrə hazırlıq iclası keçirilib. Məhkəmədən sonra SMM-in İcraçı direktoru Anar Məmmədli təşkilatın qeydiyyatının ləğvi ilə bağlı prosesin operativ cərəyan etdiyini bildirib.
09/05/2008 Mayın 8-də Xətai Rayon Məhkəməsində hakim Tofiq Paşayevin sədrliyi ilə Ədliyyə Nazirliyinin Seçki Monitorinq Mərkəzinin (SMM) qeydiyyatının etibarsız sayılması və ləğv edilməsi iddiası üzrə məhkəmə iclası keçirilib.
30/04/2008 Ədliyyə Nazirliyi SMM-in qeydiyyatının ləğvi ilə bagli məhkəməyə müraciət edib
29/03/2008 Fevral ayında SMM Ədliyyə Nazirliyində dövlət qeydiyyata alınıb
02/02/2008 SMM dövlət qeydiyyatına alınmaq üçün yenidən Ədliyyə Nazirliyinə müraciət edib
Aprelin 7-də SMM “Seçici istəklərinin öyrənilməsi” proqramı çərçivəsində seçici istəklərinin, həmçinin yerli və milli səviyyəli aktual problemlərinin öyrənilməsi istiqamətində keçirilən sorğunun nəticələrini açıqlayıb

08 Apr 2008 01:05
Proqram Bakı, Gəncə, Şəki, Cəlilabad, Xaçmaz, Göycay, Yevlax, Sumqayıt və İmişli bölgəsində yerləşən 25 seçki dairəsi ərazisində həyata keçirilib. Proqram çərçivəsində keçirilən “Vətəndaş Saatları”nda 1374 seçici iştirak edib. Bu tədbirlərdə yerli və milli səviyyəli problemlər müzakirə olunub, həmçinin iştirakçıların bu cür problemlərə, dövlət orqanlarında və ictimai idarəetmədə iştiraka münasibətinin öyrənilməsi məqsədilə Anket sorğusu keçirilib.
  “Fəal vətəndaş və məsuliyyətli hakimiyyət” proqramının nəticələri

02 Feb 2008 02:15
Yanvarın 31-də Seçki Monitorinq Mərkəzi (SMM) 2006-2007-ci illərdə həyata keçirdiyi “Fəal vətəndaş və məsuliyyətli hakimiyyət” Strateji Fəaliyyət proqramının nəticələrinə dair mətbuat konfransı keçirib. Qeyd edək ki, adıçəkilən proqram Azərbaycan Respublikasında vətəndaş-parlament əlaqələrinin gücləndirilməsi və öyrənilməsi, vətəndaşların seçkili hakimiyyət orqanlarının, xüsusən də parlamentin idarə olunması prosesinə cəlb edilməsi məqsədi daşıyıb.
01/02/2008 Seçki Monitorinq Mərkəzi QHT rəhbərlərinə Bacarıqların İnkişafı təlimi keçirib
  Fevralın 1-də SMM “Parlamet üzvlərinin funkiyalarına dair seçicilərin maarifləndirilməsi və Seçicilərin Parlamentlə Əlaqə Qruplarının yaradılmasına yardım” proqramı çərçivəsində Bacarıqların İnkişafı təlimi keçirib.Təlimdə Vətəndaş Parlament Əlaqələrin qurulması üzrə çalışan Qeyri-hökumət Təşkilatlarının rəhbərlərinə QHT-nin yaradılması və qeydiyyatı, Azərbaycanda parlament və parlament üzvlərinin statusu, seçici maraqlarının müdafiəsi yönündə fəaliyyətin təşkili, QHT-lərin fəaliyyəti üçün texniki təchizat və maliyyə mənbələri barədə məlumat verilib.
09/12/2007 SMM-in nümayəndələri Serbiyada keçirilən Seminarda iştirak edib
  Dekabrın 5-dən 9-a kimi Seçki Monitorinq Mərkəzinin İcraçı direktoru Anar Məmmədli və Media və İctimai Əlaqələr meneceri Səbinə Şabanova AŞB Beynəlxalq Əlaqələr üzrə Milli Demokratiya İnstitutu (NDİ) və Beynəlxalq Respublikaçılar İnstitutunun (İRİ) dəstəyi ilə Serbiyada keçirilən “Avropa və Avrasiya Gənc Siyasət Liderləri” seminarında iştirak ediblər.
29/11/2007 Noyabrın 29-da 90 saylı Ağdaş seçki dairəsi ərazisində “Vətəndaş saatı” keçirilib
  Noyabrın 29-da Seçki Monitorinq Mərkəzi (SMM) 90 saylı Ağdaş seçki dairəsi ərazisində “Vətəndaşların aktual problemlərinin öyrənilməsi və dövlət idarəçiliyində vətəndaş iştirakına yardım” proqramı çərçivəsində “Vətəndaş saatı” keçirib. SMM-in Göyçay bölgə koordinatoru Elşən Süleymanov təşkilatın fəaliyyəti barədə məlumat verib, proqramın hədəf və məqsədlərini izah edib.
02/02/2008 Şəkidə Seçici-Parlament Əlaqə Qrupunun (SPƏQ) Təsis yığıncağı keçirilib
 



Noyabrın 30-da Şəkidə yerləşən 3 dairə üzrə (113 saylı Şəki şəhər,114 saylı Şəki kənd birinci, 115 saylı Şəki kənd ikinci) Seçici-Parlament Əlaqə Qrupunun (SPƏQ) Təsis yığıncağı keçirilib.
02/02/2008 Oktyabrın 28-də 73 saylı Lənkaran şəhər seçki dairəsi ərazisində “Vətəndaş saatı” keçirib
  SMM-in Cəlilabad bölgə koordinatoru Səməd Ağayev proqram haqqında iştirakçılara məlumat verib.
02/02/2008 Oktyabrın 27-də 15 saylı Yasamal birinci seçki dairəsi ərazisində “Vətəndaş saatı” keçirilib
  Oktyabrın 27-də Seçki Monitorinq Mərkəzi (SMM) 15 saylı Yasamal birinci seçki dairəsi ərazisində “Vətəndaşların aktual problemlərinin öyrənilməsi və dövlət idarəçiliyində vətəndaş iştirakına yardım” proqramı çərçivəsində “Vətəndaş saatı” keçirib. SMM-in Sahələr üzrə direktiru Bəşir Süleymanlı proqramın hədəf və məqsədlərini barədə seçiciləri məlumatlandırıb.
  Haqqımızda | Məqsədimiz | Əlaqə |
SMM © 2008 Seçki Monitorinq Mərkəzi